Goranboy canavar hücumuna hazırdır
27 yanvar 2010 10:45 (UTC +04:00)

Goranboy canavar hücumuna hazırdır

0
Yerli ovçularla söhbətlər aparılıb

Goranboy rayonunda canavar hücumuna qarşı tədbirlər görülüb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Goranboy rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Rauf Teyyubov məlumat verib. Onun sözlərinə görə, adətən havalar soyuduqda yırtıcılar rayonun Yuxarı Ağcakənd, Qaraçinar kimi ucqar kəndlərində müşahidə edilir. Ancaq bu il hələlik belə bir hala rast gəlinməyib. Hər ehtimala qarşı yerli icra nümayəndələrinə tapşırıq verilib, onlar isə yerlərdə ovçuluqla məşğul olan, sənədlə silahı olan vətəndaşlarla söhbətlər aparıb. Bu insanlar yırtıcıların hücumunun qarşısının alınması, əhalinin təhlükəsizliyi üçün təlimatlandırılıb.
Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 635

Oxşar yazılar