Ağdaşda qonşu qonşusunu baltaladı
26 yanvar 2010 11:00 (UTC +04:00)

Ağdaşda qonşu qonşusunu baltaladı

0
Azərbaycanın Ağdaş rayonunda 39 yaşlı kişi qonşusunu baltalayıb.


Bu barədə APA-ya Ağdaş rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə ötən gün qeydə alınıb. Ağdaş rayon sakini, 39 yaşlı Azər Əzizov münaqişə zəminində, qonşusu, 43 yaşlı Şirin Əliyevə balta ilə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Azər Əliyev tutulub.


Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 523

Oxşar yazılar