"Yaşat Fondu"na ödənişlərlə bağlı növbəti YENİLİK
10 dekabr 2020 09:58 (UTC +04:00)

"Yaşat Fondu"na ödənişlərlə bağlı növbəti YENİLİK

0

“YAŞAT” Fonduna ediləcək ianələrin Mərkəzi Bankın operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.

Mərkəzi Bankdan Lent.az-a verilən məlumata görə, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən və mobil tətbiqindən istifadə etməklə Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.

Məlumat üçün bildirilir ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1219

Oxşar yazılar