Gəncədə 67 yaşlı kişinin yanğın zamanı ölməsinin təfərrüatları məlum olub.
Lent.az-ın məlumatına görə, hadisə ötən gün səhər saat 9 radələrində Ə.Seyfi küçəsində baş verib.
Yanğın zamanı ev sahibi Zaur Tofiq oğlu Məmmədov tüstüdən zəhərlənərək ölüb. Qeyd olunur ki, Z. Məmmədov insult keçirdiyi üçün yeriməkdə çətinlik çəkib. Onun bu səbəbdən yanğın zamanı evdən çıxa bilmədiyi və nəticədə tüstüdən boğulub öldüyü bildirilir.
Araşdırma aparılır.
***
26 mart, saat: 11:15
Gəncədə yanğın hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğın zamanı ev sahibi 66 yaşlı Z.Məmmədov tüstüdən zəhərlənərək ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.