Maştağada evdən külli miqdarda dollar  oğurlandı
27 mart 2026 13:15 (UTC +04:00)

Maştağada evdən külli miqdarda dollar oğurlandı

0

Bakıda evdən külli miqdarda pul oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını bildirib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar