Bir ailənin 4 üzvü  Kürdə köməksiz qaldı: odun yığmağa  çıxmışdılar
27 mart 2026 13:45 (UTC +04:00)

Bir ailənin 4 üzvü Kürdə köməksiz qaldı: odun yığmağa çıxmışdılar

0

Samuxda Kürdə köməksiz vəziyyətdə qalan şəxslərin suda qalmasının təfərrüatları məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, Samux rayon sakinləri olan bir ailənin 4 üzvü Kürün ortasında odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Onlar Kürün ortasında, adada qalıblar.

Dərhal əraziyə FHN-in və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.

Hazırda onların xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar