Kraliyyət ailəsinə  məxsus ən dəyərli zinət əşyaları
26 mart 2026 20:00 (UTC +04:00)

Kraliyyət ailəsinə məxsus ən dəyərli zinət əşyaları

0

Britaniya kral ailəsində zinət əşyaları nəsildən-nəslə ötürülən əsl ailə yadigarı hesab olunur. Keyt Middlton 2011-ci ildə şahzadə Uilyamla ailə qurana qədər belə dəbdəbəli kolleksiyaya sahib olmasa da, hersoginya statusu aldıqdan sonra kral xəzinəsinin qapıları onun üzünə açıldı. 

Lent.az hazırda Ketrinin ən çox bəyəndiyi və müxtəlif tədbirlərdə taxdığı bir neçə məşhur tiaranı təqdim edir.

"Cartier Halo" (Parıltı) toy tiarası

Halo Taç, Cambridge Düşesi / © Getty Images

Keyt Middlton öz toyu üçün əslində zərif çiçəkli bir tiara xəyal etsə də, kral protokolları onu 2011-ci il aprelin 29-da Vestminster abbatlığındakı mərasimə "Cartier Halo" tiarası ilə çıxmağa vadar etdi. Kraliça II Elizabet tərəfindən borc verilən bu zinət əşyası 739 brilyant və 149 baqet kəsimli brilyantdan ibarətdir.

Halo Taç, Prenses Margaret / © Getty Images

Tiara 1936-cı ildə kral VI Georq tərəfindən həyat yoldaşı Elizabet Bouz-Layon üçün sifariş edilsə də, ana kraliça onu demək olar ki, taxmırdı. Sonradan 18 yaş günündə II Elizabetə hədiyyə edilən bu tacı o, tez-tez bacısı Marqaretə və qızı şahzadə Annaya borc verirdi.

"Məhəbbət düyünləri" (Lover's Knot) tiarası

Aşıkların Düğümü Tacı, Prenses Diana / © Getty Images

Tez-tez "Kembric tiarası" adlandırılan bu möhtəşəm bəzək əşyası 1914-cü ildə kraliça Mariya üçün "Garrard" zərgərlik evi tərəfindən hazırlanıb. II Elizabet bu tiaranı 1981-ci ildə gəlini şahzadə Dianaya toy hədiyyəsi kimi təklif etsə də, Diana toyunda öz ailəsinin (Spenserlərin) tiarasını taxmağa üstünlük vermişdi. Buna baxmayaraq, Diana "Məhəbbət düyünləri"ni çox sevirdi, hərçənd onun ağırlığından və baş ağrısı yaratmasından şikayətlənirdi.

Cambridge Düşesi'nin Aşık Düğümü Tacı / © Getty Images

1996-cı ildəki boşanmadan sonra tac kraliçaya qaytarıldı və yalnız 2015-ci ildən etibarən Keyt Middltonun başında yenidən ictimaiyyət qarşısına çıxdı.

"Lotos çiçəyi" (Lotus Flower) tiarası

Lotus Çiçeği Tacı, Elizabeth Bowes-Lyon / © Getty Images

Bu tiaranın ilk sahibi VI Georqun həyat yoldaşı Elizabet Bouz-Layon olub. Maraqlıdır ki, bu tac əslində VI Georqun xanımına toy hədiyyəsi etdiyi brilyant və mirvari boyunbağının sökülərək yenidən yığılması ilə hazırlanıb. Ana kraliça cəmi altı ay sonra boyunbağını parçalayıb ondan bu zərif tiaranı hazırlatmışdı.

Prenses Margaret ve Serena Alayne Stanhope'un oğlu David Armstrong-Jones'un düğünü / © Getty Images

Sonradan şahzadə Marqaretə hədiyyə edilən bu tac 2013-cü ildə Keyt Middltonun kolleksiyasında göründü. Hersoginya bu yüngül və estetik tiaranı o qədər bəyənib ki, 2015-ci ildə Çin nümayəndə heyətinin şərəfinə verilən ziyafətdə də məhz bu zinət əşyasına üstünlük verib.

Lotus Çiçeği Tacı, Cambridge Düşesi / © Getty Images

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar