Bakıda ƏMƏLİYYAT:  Dövlət Dövlətov və daha 5 nəfər  saxlanıldı
26 mart 2026 13:30 (UTC +04:00)

Bakıda ƏMƏLİYYAT: Dövlət Dövlətov və daha 5 nəfər saxlanıldı

0

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlıumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Tural Abdullayev, Murad Tağıyev, Turan Quliyev, Ceyhun Məmmədov, İsa Heydərov və Dövlət Dövlətov saxlanılıblar.

Onlardan ümumilikdə 10 kiloqramdan artıq heroin, metamfetamin, marixuana və 1727 ədəd narkotik tərkibli həb aşkarlanıb. Saxlanılan şəxslərin narkotik vasitələri satmaq məqsədilə əldə etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar