Azərbaycanlıların saxlanılmasına  belə etiraz etdi, cinayət işi açıldı
25 mart 2026 16:25 (UTC +04:00)

Azərbaycanlıların saxlanılmasına belə etiraz etdi, cinayət işi açıldı

0

Rusiyanın Yekaterinburq şəhərinin Kirov rayon məhkəməsi 22 yaşlı Danil Nurıyevin cinayət işinə baxır. O, ictimai şəkildə ekstremist fəaliyyətə çağırış etməkdə və vandalizmdə ittiham olunur.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın versiyasına görə, o, 2025-ci ilin yayında azərbaycanlı diaspor nümayəndələrinin saxlanılmasından sonra divarlara Azərbaycan dilində təxminən 10 qraffiti çəkib. Yazılar isə səhvlərlə yazılıb. O, öz təqsirini tam şəkildə etiraf edib, lakin məhkəmə iclasına qatılmayıb.

Danil Nurıyev Rusiya Federasiyası Cinayət Məcəlləsi-nin 280-ci maddəsinin 1-ci hissəsi (ekstremist fəaliyyətə açıq çağırışlar), 214-cü maddəsinin 2-ci hissəsi (vandalizm) və 213-cü maddəsinin 2-ci hissəsi (xuliqanlıq) üzrə ittiham olunur.

Martın 24-də Kirov Rayon Məhkəməsində onun cinayət işi üzrə məhkəmə çıxışları təyin edilib və dövlət ittihamçısı təqsirləndirilən şəxs üçün cəza müddəti tələb etməli imiş. Lakin Danil Nurıyev artıq ikinci dəfə məhkəmə iclasına gəlməyib. Hakim iclası təqsirləndirilənin məcburi gətirilməsi üçün aprelin 30-na təxirə salıb.

İstintaqın versiyasına görə, 1 iyul 2025-ci ildə Telegram kanallarından birinin sahibi Danil Nurıyevlə əlaqə saxlayaraq ona pul müqabilində Yekaterinburq şəhərində binaların divarlarına Azərbaycan dilində qraffiti yazmağı təklif edib.

Danil Nurıyev bu təklifi qəbul edib. Ertəsi gün o, təxminən 10 qraffiti çəkib, istintaqın məlumatına görə, onun tanışı isə bu zaman ətrafı nəzarətdə saxlayıb. Lakin yazılar səhvlərlə yazıldığı üçün onların mənası itmişdi. Polis qısa müddətdə qraffitilərin müəllifini müəyyən edib. Danil Nurıyev günahını tam etiraf edib və şərikləri barədə ifadə verib.

Qeyd edək ki, 2025-ci ilin yayında Yekaterinburq şəhərində bir neçə azərbaycanlı, o cümlədən yerli diaspor rəhbəri Şahin Şıxlinksi və oğlu Mutvalı saxlanılıblar. Onlar guya qətllər və adam öldürməyə cəhdlərdə ittiham olunublar. Əməliyyatlar zamanı azərbaycanlılardan ikisi öldürülüb. Saxlanılan şəxslər barəsində uzun müddətli həbs qərarı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar