Samuxda fərdi yaşayış evində kişi meyiti tapılıb.
Lent.az APA-ya istinadla bildirir ki, rayon sakini 60 yaşlı R.Babayevin meyiti yaşadığı evdə aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Mərhumun meyiti adiyyatı üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır