“Beşiktaş”ın sabiq prezidenti  saxlanıldı
25 mart 2026 04:31 (UTC +04:00)

“Beşiktaş”ın sabiq prezidenti saxlanıldı

0

İstanbul Prokurorluğu tərəfindən məşhurlarla bağlı aparılan istintaq çərçivəsində 7 nəfərin həbsi ilə bağlı qərar qəbul olunub.

Lent.az xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən "narkotik maddələrin istehsalı və ticarəti", "narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsini asanlaşdırmaq üçün xüsusi yerlər, avadanlıqlar və ya materiallar təmin etmək və istifadəçilərin tutulmasını çətinləşdirmək üçün tədbirlər görmək", "narkotik və ya stimullaşdırıcı maddələrin alınması, qəbul edilməsi və ya saxlanması", "narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə" və "fahişəliyə təhrik etmək və asanlaşdırmaq" ittihamları ilə istintaqlar davam edir.

Məlumata görə aparılan istintaqın bir hissəsi olaraq, Prokurorluq “Beşiktaş” futbol klubunun sabiq prezidenti Fikrət Orman və digər məşhurlar; Hande Erçel, Hakan Sabancı, Burak Elmas, Didem Soydan, Kerim Sabancı və Güzide Duranın həbsinə order verib.

Fikrət Ormanın artıq polis tərəfindən saxlanıldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar