Ronaldonun oğlu "Real"da  oynayacaq
25 mart 2026 16:04 (UTC +04:00)

Ronaldonun oğlu "Real"da oynayacaq

0

Kriştiano Ronaldonun oğlu Ronaldo Junior “Real Madrid” akademiyasında U16 komandası ilə məşqə qatılıb. O, yaxın zamanda İspaniya klubuna tam keçid edə bilər.

Lent.az xəbər verir ki, hazırda Ronaldo Junior “Ən-Nəsr” klubunda çıxış edir. Daha əvvəl futbolçu Portuqaliyanın 15 yaşadək milli komandasına çağırılıb və Xorvatiyada keçirilən beynəlxalq turnirdə çıxış edib. O, finalda ev sahiblərinə qarşı oyunda dubl edərək komandasının qələbəsinə töhfə verib.

Xatırladaq ki, Kriştiano Ronaldo 2009–2018-ci illərdə “Real Madrid” formasını geyinib, daha sonra isə “Yuventus” klubuna transfer olunub. “Kral klubu”nun heyətində portuqaliyalı futbolçu 438 oyunda 450 qol vurub və 131 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar