Putin Rusiyadan qızıl külçələrin ixracını qadağan etdi
25 mart 2026 22:35 (UTC +04:00)

Putin Rusiyadan qızıl külçələrin ixracını qadağan etdi

0

Rusiya Prezidenti Vladimir Putin ölkədən 100 qramdan artıq qızıl külçələrin ixracını məhdudlaşdırıb.

Lent.az APA-ya istinadən xəbər verir ki 1 may tarixindən etibarən qızıl yalnız Moskva və Vladivostok hava limanları vasitəsilə Avrasiya İqtisadi İttifaqı ölkələrinə Federal Analiz İdarəsinin icazəsi ilə ixrac edilə bilər.

Fiziki şəxslər də eyni şərtlərlə Aİİ xaricinə qızıl ixrac edə biləcəklər.

Eyni zamanda qeyd olunur ki, şirkətlər və fərdi sahibkarlar bu şərtlər olmadan Aİİ xaricinə qızıl ixrac edə biləcəklər.

Qaydanın nağd rublun ixracına qoyulan məhdudiyyətlər kimi banklara şamil edilməyəcəyi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar