“Monako”nun baş məşqçisi Sebastyan Pokonoli Fransa çempionatının 27-ci turunda “Lion”la (2:1) keçirilən oyunda rəqib komandanın əməkdaşı ilə mübahisədə iştirak etdiyinə görə bir oyunluq diskvalifikasiya alıb.
Lent.az xəbər verir ki, 38 yaşlı belçikalı mütəxəssis qırmızı vərəqə alaraq Fransanın Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi tərəfindən cəzalandırılıb. Qeyd olunur ki, “Lion”un məşqçisinin köməkçisi Xorxe Masiel də bir oyunluq diskvalifikasiya edilib. O, bazar günü hakimə telefonda video göstərdiyinə görə meydandan qovulmuşdu ki, bu da qaydalara ziddir.
Fransa çempionatında 27 oyundan sonra “Lion” 47 xal toplayaraq turnir cədvəlində dördüncü yerdə qərarlaşıb. “Monako” isə altıncı pillədədir, Pokonolinin komandası 46 xal toplayıb.