İsrail bu ölkənin xahişi ilə İran rəsmilərini öldürmədi
26 mart 2026 15:50 (UTC +04:00)

İsrail bu ölkənin xahişi ilə İran rəsmilərini öldürmədi

0

İsrail Pakistanın ABŞ vasitəsilə çatdırdığı xahiş əsasında İranın xarici işlər naziri Abbas Əraqçini və parlamentin spikeri Məhəmməd Baqir Qalibafı hədəf siyahısından çıxarıb.

Lent.az xəbər verir ki, bu barədə “Reuters” Pakistandakı mənbəyə istinadla məlumat yayıb.

“İsraillilərdə onların koordinatları var idi və onları məhv etmək istəyirdilər. Biz ABŞ-a dedik ki, əgər onlar da öldürülsə, danışıqlar aparacaq heç kim qalmayacaq. Buna görə də ABŞ İsraildən geri çəkilməsini xahiş etdi”, - mənbə bildirib.

Məlumatda qeyd olunur ki, Pakistanın Xarici İşlər Nazirliyi və silahlı qüvvələri hələlik bu məlumatı şərh etmək barədə sorğuya cavab verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar