Üzərinə Azərbaycan istehsalı yazılan "Coca-Cola"lar saxta  çıxdı - VİDEO
26 mart 2026 14:58 (UTC +04:00)

Üzərinə Azərbaycan istehsalı yazılan "Coca-Cola"lar saxta çıxdı - VİDEO

0

Rusiyada 38 min ədəd iki litrlik saxta “Coca-Cola” müsadirə edilib.

Lent.az yerli telegram kanallarına istinadla bildirir ki, polis əməkdaşları Smolensk vilayətində fəaliyyət göstərən gizli sexin işini dayandırıblar. Həmin sexdə təxminən 20 muzdlu işçi iki növbədə saxta “Cola” istehsal edirmiş.

Saxta məhsullar Moskvaya göndərilib. Etiketlərdə içkinin guya Gürcüstan, Azərbaycan və ya Belarusda istehsal olunduğu göstərilsə də, əslində içki antisanitar şəraitdə gizli şəkildə qablaşdırılıb.

Dəymiş zərər təxminən 6 milyon rubl təşkil edir və faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar