23 il əvvəl  kirayə pulu üstündə qətl törədən azərbaycanlının məhkəməsi başlayır
27 mart 2026 10:57 (UTC +04:00)

23 il əvvəl kirayə pulu üstündə qətl törədən azərbaycanlının məhkəməsi başlayır

0

Rusiyanın Krasnoyarsk vilayətində 2002-ci ilin dekabrında törədilmiş qətldə təqsirləndirilən, 47 yaşlı Azərbaycan əsilli şəxs məhkəmə qarşısına çıxarılacaq.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, cinayətin 23 ildən sonra açıldığı barədə məlumatı prokurorluq, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi yayıb.

İstintaqın versiyasına görə, hadisə zamanı 24 yaşlı şübhəli Krasnoyarsk şəhərində, Podsobnoye küçəsində yerləşən mənzildə 26 yaşlı dostu ilə birlikdə yaşayırmış. Ev sahibi kirayə haqqını ödəməyi tələb etdikdə, adi məişət söhbəti mübahisəyə, daha sonra isə davaya çevrilib. Qonaq bıçaq götürərək qarşı tərəfə bir neçə zərbə endirib. Zərərçəkən aldığı kəsici-deşici xəsarətlərdən xəstəxanada həyatını itirib.

Bundan sonra təqsirləndirilən şəxs Rusiyanı tərk edib və dörd il ərzində Azərbaycanda gizlənib. Hüquq-mühafizə orqanları qısa müddətdə cinayəti törədən şəxsin kimliyini müəyyən etsələr də, onu uzun müddət tapa bilməyiblər. Məlum olub ki, o, Rusiyada qeyri-qanuni yaşayır və ətrafındakılara özünü başqa adla təqdim edirmiş.

Cinayət işi 23 il ərzində açılmamış qalıb. Lakin əvvəlki illərə aid cinayətlərin araşdırılması üzrə aparılan sistemli iş nəticəsində materiallar yenidən nəzərdən keçirilib və şübhəlinin kimliyi müəyyən olunub. 2026-cı ilin fevralında Krasnoyarsk polisi onu Moskvada aşkar edərək saxlayıb və Krasnoyarska gətirib.

Təqsirləndirilən şəxs günahını tam etiraf edib. Hazırda o, həbsdə saxlanılır. Prokurorluq Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə ittihamı təsdiqləyib. Cinayət işi Sovetski rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar