Bakıda quldurluq hadisəsi olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon sakini polisə müraciət edərək bildirib ki, naməlum şəxslər onun yaşadığı evə daxil olaraq kəsici alətlə hədələyib və mobil telefonunu talayıblar.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 39 yaşlı M.Əliyev və 38 yaşlı G.Əkbərov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.