Sabunçu tuneli bağlandı - VİDEO
27 mart 2026 18:58 (UTC +04:00)

Sabunçu tuneli bağlandı - VİDEO

1

Bu gün səhərdən Bakıya yağan güclü yağış bir sıra fəsadlar törədib.

Lent.az "Real TV"yə istinadla xəbər verir ki, aramsız yağışlar nəticəsində Sabunçu rayonu ərazisindəki tuneli su basıb. Bu səbəbdən tunel nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Həmçinin yağıntıların çox olduğu bəzi ətraf qəsəbələrdə də evlərin həyətlərini su basdığı bildirilir.

Qeyd edək ki, iki il əvvəl aramsız leysan yağışları nəticəsində Sabunçu tunelini su basıb. Nəticədə 2 nəfər boğularaq ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 304

Oxşar yazılar