Üzərliklə bağlı   daha bir qurumdan XƏBƏRDARLIQ
02 mart 2026 18:21 (UTC +04:00)

Üzərliklə bağlı daha bir qurumdan XƏBƏRDARLIQ

0

Dövlət Dəniz və liman agentliyi Rusiyanın Xarici İşlər Nazirliyindən ölkəmizin Rusiyadakı səfirliyinə daxil olan notaya əsasən dənizçilərə çağırış edib. 

Lent.az xəbər verir ki, notada harmala (üzərlik) bitkisinin narkotik tərkibli bitkilər siyahısına daxil edildiyi və Rusiya ərazisində nəzarətə götürüldüyü qeyd olunub.

Bu bitkinin qanunsuz dövriyyəsi, saxlanılması və ya qaçaqmalçılığının Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti daşıdığı da bildirilib.

Dövlət Dəniz və liman agentliyi qeyd olunanları nəzərə alaraq dənizçilərə xarici dövlətlərin, xüsusilə Rusiyanın ərazisinə giriş və çıxış zamanı müvafiq ölkələrin qanunvericiliyinə ciddi riayət etməyi, habelə harmala (üzərlik) bitkisi də daxil olmaqla bir sıra ölkələrdə qadağan edilmiş maddələrin siyahısı ilə əvvəlcədən tanış olmağı, həmin maddələrin istifadəsindən, daşınmasından və saxlanılmasından qəti şəkildə çəkinməyi tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar