Hadisə və Kerem Bürsin Milano moda həftəsinə qatılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İtalyan markası Dolce & Gabbana-nın 2026-cı ilin payız-qış kolleksiyasını təqdim etdiyi dəfiləni izləyən Hadisə və Kerem Bürsin tədbirdə dünya mətbuatına poz veriblər. Markanın yay kolleksiyasında yer alan pijama dəstlərini geyinən ikili bu seçimləri ilə diqqət mərkəzinə çevrilib.
