Ağstafada silah-sursat tapılıb
15 yanvar 2010 18:15 (UTC +04:00)

Ağstafada silah-sursat tapılıb

0
Polis silah-sursatı anonim zəng əsasında Yeni Poylu kəndində tapıb

Ağstafada silah-sursat tapılıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Ağstafa rayon Polis şöbəsindən məlumat verilib. Məlumata görə, rayon Polis şöbəsinə anonim zənglə Yeni Poylu Kəndinin kənarında silah-sursat olduğu bildirilib. Axtarış tədbirləri ilə torbanın içərisində 1 ədəd 5 atılan “Karabin” silahı, 1 ədəd TOZ-8 silahı, 1 ədəd xarici istehsal olan barabanlı tapança, 9 ədəd F1 əl qumbarası, 1 ədəd 200 qramlıq trotil şaşka, 173 ədəd 7.62 kalibrli, 46 ədəd 5.45 kalibrli güllə tapılıb.

Faktla bağlı araşdırma aparılır.
Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 744

Oxşar yazılar