Qobustan sakini dostunu öldürdü
15 yanvar 2010 17:45 (UTC +04:00)

Qobustan sakini dostunu öldürdü

0
Azərbaycanın Qobustan rayonunun Sündü kəndində qətl hadisəsi baş verib.

Bu barədə APA-ya Qobustan rayon Prokurorluğundan məlumat verilib. Sündü kənd sakini, 34 yaşlı İslam Əliverdiyev şəxsi münaqişə zəminində dostu Ərəstun Səfərovu bıçaqlayıb. Hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən Ə.Səfərovun aldığı xəsarət ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.


Qobustan rayon Polis İdarəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən İ.Əliverdiyev saxlanılıb.

Faktla bağlı Qobustan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar