Qubada yanğın, 6 yaşlı uşaq öldü
15 yanvar 2010 15:00 (UTC +04:00)

Qubada yanğın, 6 yaşlı uşaq öldü

0
Qubada yaşayış evində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.


Bu barədə Lent.az-a Quba Rayon Prokurorluğundan bildirilib. Yanğın hadisəsi yanvarın 14-də günorta saatlarında rayonun Qonaqkənd kəndində Qırxlar Məmmədovun evində baş verib. Yanğın nəticəsində 2004-cü il təvəllüdlü Həsən Məmmədov tüstüdən boğularaq ölüb.


Yanğının səbəbi kimi odun sobasından çıxan qığılcım göstərilir.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 768

Oxşar yazılar