Günəş tutuldu
15 yanvar 2010 14:00 (UTC +04:00)

Günəş tutuldu

0
Lent.az-ın “Exo Moskva” radiosuna istinadən verdiyi məlumata görə, səhər saat 8 radələrindən ayın günəş və Yer planeti arasına daxil olmasıyla Şərq yarımkürəsində günəş tutulması başlayıb.

Günəş tutulmasını daha çox Afrika materiki, Balkan yarımadası və Türkiyədə müşahidə etmək mümkün olacaq.

Ay günəşin qarşısını tam kəsməyəcək, ay günəşin üzünün 89 faizini örtəcək. Ancaq günəş tutulmasını Afrika materiki, Balkan yarımadası və Türkiyədən zəncirvari olaraq müxtəlif vaxtlarda 11 dəqiqə 8 saniyə izləmək mümkün olacaq. Bu, indiyə qədər qeydə alınan rekord göstəricidir.

Günəş tutulmasını Rusiyanın cənubunda, o cümlədən Qafqazda müşahidə etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 944

Oxşar yazılar