İran vətəndaşı terror barədə yalan məlumat verib
15 yanvar 2010 13:00 (UTC +04:00)

İran vətəndaşı terror barədə yalan məlumat verib

0
O, Cavanşir körpüsünün altına bomba qoyulması barədə xəbər verib

Yanvarın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə yalandan terror barədə məlumat verməkdə təqsirləndirilən İran vətəndaşının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Xeirxah Reza Moxtur oğlu elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

İttihama görə, Xeirxah Reza 2009-cu il sentyabrın 12-də Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün altına bomba qoyulması barədə polisə məlumat verib.

Aparılan araşdırmalar nəticəsində məlumat təsdiqini tapmayıb. İran vətəndaşı Xeirxah Reza Moxtur oğlu həbs edilib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 563

Oxşar yazılar