14 yaşlı qızını zorlayan atanın məhkəməsi başladı
14 yanvar 2010 15:45 (UTC +04:00)

14 yaşlı qızını zorlayan atanın məhkəməsi başladı

0
Yanvarın 14-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə öz qızını zorlamaqda təqsirləndirilən Bakı şəhəri sakininin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda B.Q.-in cinayət işi üzrə məhkəmə baxışı yanvarın 19-a təyin edilib.

İttihama görə, 2009-cu il avqustun 31-də Xətai rayon sakini B.Q. öz qızı, 14 yaşlı Aynuru (adı şərtidir) zorlayıb. Bu barədə Xətai Rayon Polis İdarəsinə Aynurun anası məlumat verib. Onun şikayət əsasında B.Q. tutulub.

B.Q. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 873

Oxşar yazılar