Elmar Məmmədyarov "Əl-Cəzirəyə müsahibə verib
12 yanvar 2010 20:00 (UTC +04:00)

Elmar Məmmədyarov "Əl-Cəzirəyə müsahibə verib

0
Azərbaycanla Qətər arasında diplomatik və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən azad olunması haqqında saziş imzalanacaq

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun cari ilin 11-13 yanvar tarixlərində Qətər Dövlətinə rəsmi səfərinin proqramını məlumat üçün diqqətinizə təqdim edirik.
Qətərdə rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov dünən "Əl-Cəzirə" telekanalına müsahibə verib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün Elmar Məmmədyarovun Qətərin maliyyə və iqtisadiyyat naziri Yusif Hüseyn Kamal, Qətər Dövlətinin əmiri Şeyx Hamad bin Xəlifə Al-Tani, Qətər İnformasiya Birliyinin irezidenti, Qətər əmirinin informasiya məsələləri üzrə müşaviri Şeyx Hamad bin Samir Al-Tani və "Al-Diyar Al-Qatari" şirkətinin icraçı direktorunun əməliyyatlar üzrə müavini D-r İsa Al-Fadala ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Qətər Dövlətinin əmiri Şeyx Hamad bin Xəlifə Al-Tani ilə görüşdən sonra "Azərbaycan Respublikası Höküməti və Qətər Dövləti Höküməti arasında diplomatik və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən azad olunmaları haqqında Saziş"in imzalanma mərasimi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 646

Oxşar yazılar