Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının qayığı çevrilib
12 yanvar 2010 17:00 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının qayığı çevrilib

0
1 nəfər ölüb, 2 nəfər üzərək sahilə çıxa bilib

Dünən Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Salyan-Astara balıq mühafizə Müfəttişliyinin 3 əməkdaşının olduğu qayıq reyd zamanı aşıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata göər, həmin şəxslər çaya düşüblər.

Onlardan ikisi üzərək sahilə çıxmağa müvəffəq olub, 1953-cü il təvəllüdlü Əbülhəsən Kəmaləddin oğlu Cavadov isə batıb. Hadisə yerinə gəlmiş dalğıc-xilasedicilər Əbülhəsən Cavadovun cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 22:00-da başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 632

Oxşar yazılar