Xəstəyəm deyib konsertə getdi, işdən qovuldu
10 aprel 2026 16:38 (UTC +04:00)

Xəstəyəm deyib konsertə getdi, işdən qovuldu

0

İtaliyada müdir 52 yaşlı “xəstə” əməkdaşını konsertə getdiyini öyrəndikdən sonra işdən çıxarıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə 26 iyun 2024-cü ildə baş versə də, məhkəmə araşdırması bu vaxta qədər davam edib.

Kişi rəhbərinə güclü ishal səbəbindən işə çıxa bilmədiyini yazıb və tibbi arayış təqdim edib. Lakin rəhbərlik onun əslində dostları ilə birlikdə Bari şəhərinə, müğənni Vasko Rossinin konsertinə getdiyini öyrənib. Onunla birlikdə olan şəxslər də sağlamlıq problemi olmadığını təsdiqləyiblər. Bundan sonra kişi işdən çıxarılıb.

İşçi məhkəmədə tibbi arayışlara əsaslanaraq işdən çıxarılmasına etiraz etməyə çalışıb. Lakin əmək mübahisələrinə baxan hakim müəyyən edib ki, onun davranışı işəgötürənlə olan etimad münasibətlərinə ciddi zərər vurub. Nəticədə işdən çıxarılma qanuni hesab edilib və kişi 5000 avro məbləğində məhkəmə xərclərini ödəməyə məcbur olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar