"Ata içki düşkünüdü, ana da uşaqları diləndirir" -  Tovuzda 3 uşaq ailədən alınır
10 aprel 2026 08:34 (UTC +04:00)

"Ata içki düşkünüdü, ana da uşaqları diləndirir" - Tovuzda 3 uşaq ailədən alınır

0

Tovuz rayonunda aztəminatlı ailənin 3 azyaşlı övladının uşaq evinə yerləşdirilməsi ilə bağlı müraciət edilib.

Rayon sakinləri Tovuz İcra Hakimiyyətinə müraicət edərək, 3 azyaşlının onlara baxmağa imkanı olmayan ailədən alınmasını xahiş ediblər.

Qonşuların iddiasına görə, ailədə ana əqli və fiziki qüsurlu, ata isə içki düşkünüdür.

" Onlar azyaşlı oğlanları diləndirir, fiziki şiddət tətbiq edirlər. Buna görə də icra hakimiyyətinə və polisə uşaqların ailədən alınması üçün müraciət etmişik" deyə, qonşular bildirib.

Ailəyə icra hakimiyyəti tərəfindən baxış keçirilib, uşaqlar müayinə olunmaq üçün Tovuz rayon Mərkəzi xəstəxanasına aparılıb.

İH-dən APA-ya bildirilib ki, uşaqlar hazırda xəstəxanada həkim nəzarətindədir, növbəti mərhələdə onların uşaq evinə yerləşdirilməsi nəzərdə tutulur.

Xəstəxanadan isə APA TV-yə bildirilib ki, hər üç azyaşlı müayinə olunub, onların səhhəti qaydasındadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar