"Pintinin, səliqəsizin biridir"  - Ərini öldürüb meyitini həyətdə basdıran qadının İŞİ
09 aprel 2026 17:31 (UTC +04:00)

"Pintinin, səliqəsizin biridir" - Ərini öldürüb meyitini həyətdə basdıran qadının İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənin hüquqi varisi E.Ə-nin ifadəsi ilə davam edib:

"Bu qadın başdan ayağa yalan danışır. Deyir guya, oğlum onu döyüb gün vermirdi, siqaretə, narkotikə alışdırıb. Mənim oğlum siqaret çəkməyən insan idi. Elmira özü siqaret, qəlyan çəkirdi. Neçə dəfə irad tutmuşdum ki, yığışdır bu əməllərini. Özün boyda qızların var, onlar səndən nə görüb-götürəcəklər?  Etiraf edirəm ki, Elmiranı vurub, amma bu ancaq caduya görə olub. Oğlum da, mən də Elmiranı neçə dəfə iş üstündə tutmuşuq. Pintinin, səliqəsizin biridir, evə baş salmalı deyildi. Türkiyədən qayıdıb oğlumun evinə gələndə evdəki əşyaların dəyişdirildiyini gördüm. Bu özü də çaşqın, havalı kimi gəzirdi. Şübhələrimi polisə də dedim. Polisdə mənə irad tutdular ki, gərək bu məqamı əvvəldən onlara bildirəydim. Samirin ölümündən oktyabrın 21-də xəbər tutmuşam. Mən ağır bir əməliyyata gedəcəkdim. Dedim ay Allah, əgər Samirdən pis xəbər eşidəcəyəmsə, elə bu əməliyyat stolundaca ölüb qalım".

Növbəti proses 23 aprel saat 14:00-a təyin olunub.

Xatırladaq ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar