Cənubi Afrika Respublikasının Apinqton şəhərində polis 46 yaşlı qadının cəsədinin dondurucu kamerada tapılmasından sonra araşdırmaya başlayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, mərhumun həyat yoldaşı martın 31-i səhər saatlarında onun itkin düşməsi ilə bağlı polisə müraciət edib. Evin axtarışı zamanı hüquq-mühafizə orqanları yardımçı otaqda itkin düşmüş qadının cəsədini aşkar ediblər.
Məlumata görə, cəsəd onların evindəki yardımçı sahədə yerləşən dondurucu kamerada olub. Həyat yoldaşı qadının itkin düşdüyünü bildirsə də, qalıqları gizlədən elə onun özü olub.
Qadının ölüm səbəbi hələ müəyyən edilməyib. Araşdırma davam edir və hüquq-mühafizə orqanları hadisənin bütün mümkün versiyalarını yoxlayır.