Böyükşor yolundakı DƏHŞƏTLİ  qəza ilə bağlı ağır cəza tələbi -VİDEO
09 aprel 2026 11:32 (UTC +04:00)

Böyükşor yolundakı DƏHŞƏTLİ qəza ilə bağlı ağır cəza tələbi -VİDEO

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə törətdiyi ağır yol-qəza nəticəsində üç nəfərin ölümünə səbəb olan Vaqif Məmmədovun cinayət işi üzrə dövlət ittihamçısı çıxış edib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Vaqif Məmmədovun 5 il sürücülük hüququndan məhrum etməklə 8 il müddətinə azadlıqdan məhrum olmasını məhkəmədən istəyib.

Zərərçəkənlərin hüquqi varisləri V.Məmmədovun daha ağır cəzaya məhkum olunmasını istəyiblər.

Təqsirləndirilənin vəkili çıxış üçün vaxt istəyib. Növbəti proses 16 aprel saat 09:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci ildə  baş verib. Belə ki, Vaqif Məmmədov idarə etdiyi yük avtomobilini Bakı şəhərinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində Böyükşor yolu ətrafında yağışlı havada yüksək sürətlə idarə edərək yol hərəkəti qaydalarını pozaraq əks tərəfdən gələn "Folksvagen" maşınla toqquşub. Nəticədə sürücü Nəriman Gülməmmədov və sərnişinlər Rüstəm Məmmədov və Orxan Mirzəyev ağır bədən xəsarətləri alaraq xəstəxanada dünyalarını dəyişiblər. Faktla bağlı cinayət işi başlanıb və V. Məmmədova  qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsi ilə ittiham irəli sürülmüşdür.

Qəzanın videosunu təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 564

Oxşar yazılar