Bakıda marketdə   müştərilən növbə DAVASI:  burnunu sındırdı
08 aprel 2026 18:21 (UTC +04:00)

Bakıda marketdə müştərilən növbə DAVASI: burnunu sındırdı

0

Bakıda marketdə müştərilər arasında kassa növbəsi üstündə dava olub.

Lent.az xəbər verir ki, hadisə Səbail rayonu B. Sərdarov küçəsindəki “Spar” marketdə qeydə alınıb.

38 yaşlı Manaf Qədirov (ad və soyad şərtidir) kassada növbəsinə daxil olmaq istəyən şəxslə mübahisə edib. Mübahisə zamanı o, yumruqla qarşı tərəfin sifətinə zərbələr vurub. Nəticədə zərərçəkənin burnu sınıb.
Hadisədən sonra zərərçəkən polisə şikayət edib və Manaf Qədirov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib.

Zərərçəkən ifadəsində bildirib ki, yaşadığı ərazidə avtomobillərin parklanmasına köməklik edir. Hadisə olan gün axşam saatlarında adı çəkilən marketə bazarlıq üçün gedib. Bu zaman sərxoş olub. Kassada gözləyərkən orada dayanan bir nəfər ona möhkəm danışmamasını və söyüş söyməməsini bildirib. Lakin zərərçəkən onun bu iradlarına etiraz edib. Daha sonra təqsirləndirilən şəxs ona zərbə vuraraq yerə yıxıb. Özünə gələndən sonra zərərçəkən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək məlumat verib.

O həmçinin təqsirləndirilən şəxslə barışdığını və ona dəyən ziyanın ödənildiyini, qarşı tərəfdən şikayətçi olmadığını deyib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar