"Narkoz"da olan qadınlara cinsi təcavüz  edən plastik cərrah  HƏBS OLUNDU
08 aprel 2026 16:28 (UTC +04:00)

"Narkoz"da olan qadınlara cinsi təcavüz edən plastik cərrah HƏBS OLUNDU

0

Yaponiyada plastik cərrah 21 qadına, o cümlədən azyaşlılara qarşı cinsi zorakılığa görə 25 il həbs cəzasına məhkum edilib.

Lent.az xəbər verir ki, yerli KİV-lərin məlumatına görə, Tokio şəhərinin Edoqava rayonunda klinikaya rəhbərlik edən 46 yaşlı Şoiçi Takedzava 2013–2022-ci illər ərzində doqquz il boyunca pasiyentlərə və əməkdaşlara, onlar narkoz yaxud yuxu dərmanlarının təsiri altında olduqları vaxt hücum edib.

Zərərçəkənlərin yaşı 9-dan 33-ə qədər olub. Onlardan 17-si onun pasiyentləri olub və kosmetik prosedurlar zamanı, huşsuz vəziyyətdə zorakılığa məruz qalıblar. Digər dörd qurban isə tibb bacıları və administratorlar olub, həkim onlara hadisədən əvvəl dərman verib. Takedzava baş verənləri, o cümlədən 12 və 15 yaşlı qızlarla bağlı epizodları da mobil telefonla qeydə alıb.

Məhkəmə onu 31 epizod üzrə təqsirli bilib və vurğulayıb ki, həkim öz istəklərini təmin etmək naminə qadınların ləyaqətini tam şəkildə saymayıb və təkrar cinayət törətmə əlamətləri göstərib. Kişi günahını etiraf etsə də, cəzanın yüngülləşdirilməsi tələbi ilə apellyasiya şikayəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 614

Oxşar yazılar