Xaçmazda faciəli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Sibiroba kəndində qeydə alınıb.
Kənd sakini, 1989-cu il təvəllüdlü Rəşad Şixəmməd oğlu Məmmədov kəndin ərazisindən keçən kanala yıxılaraq boğulub.
Onun epilepsiya xəstəsi olduğu bildirilir.
R.Məmmədovun meyiti sudan çıxarılmışdır.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.