Biləsuvarda qadın həyətdəki tikilidə ölü halda tapılıb.
Lent.az xəbər verir ki, hadisə Nəsimi kəndində qeydə alınıb.
Kənd sakini 41 yaşlı Xatirə Ağabəy qızı Mirzəyevanın meyiti yaşadığı evin həyətindəki yardımçı tikilidə aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Araşdırma aparılır.