Mustafa Ceceli, Simge Sağın və Bengü saxlanıldı
07 aprel 2026 10:47 (UTC +04:00)

Mustafa Ceceli, Simge Sağın və Bengü saxlanıldı

0

Türkiyənin İstanbul şəhərində məşhurlara qarşı narkotik maddələrlə bağlı genişmiqyaslı əməliyyat keçirilib.

Lent.az xəbər verir ki, istintaq çərçivəsində “narkotik və ya psixotrop maddə almaq, saxlamaq, istifadə etmək və ya təmin etmək” ittihamları üzrə 9 nəfər saxlanılıb.

Saxlanılanlar arasında tanınmış müğənnilər Simge Sağın, Melek Mosso, Mustafa Ceceli, Ersay Üner, Bengü Erden, aktyor İbrahim Çelikkol, eləcə də digər məşhur şəxslər yer alır.

Səhər saatlarında keçirilən əməliyyat zamanı şübhəlilərin evlərində axtarış aparılıb və müxtəlif maddələr aşkar edilib. Belə ki, Melek Mossonun evində dərman həbləri, Simge Sağının ünvanında marixuana, Aslı Sipahi Hacısüleymanoğlunun evində isə reseptli qırmızı həblər tapılıb.

Hazırda faktla bağlı araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar