Tramp: ABŞ İranda pilotun xilas edilməsi üçün 155 təyyarə  cəlb edib
06 aprel 2026 21:56 (UTC +04:00)

Tramp: ABŞ İranda pilotun xilas edilməsi üçün 155 təyyarə cəlb edib

0

ABŞ İranda qalan pilotun xilas edilməsi üçün genişmiqyaslı əməliyyat həyata keçirib.

Lent.az "Sky News"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. 

Onun sözlərinə görə, əməliyyat zamanı aldadıcı taktikalardan istifadə olunaraq iranlılara pilotun başqa ərazidə olduğu təsiri yaradılıb.

“ABŞ ordusu yüksək dəqiqlik və peşəkarlıqla real əraziyə daxil oldu, düşmənlə döyüşdü, zabiti xilas etdi və bütün təhdidləri aradan qaldırdı”, – deyə o qeyd edib.

Tramp əlavə edib ki, pilot təxminən 48 saat İran ərazisində qaldıqdan sonra itki verilmədən çıxarılıb, hazırda onların vəziyyəti yaxşıdır.

"Əməliyyatda 155 təyyarə, o cümlədən bombardmançılar, qırıcılar, yanacaqdaşıyan təyyarələr və xilasetmə vasitələri istifadə olunub, onların bir hissəsi isə diqqəti yayındırmaq üçün cəlb edilib", -  Ağ Ev rəhbəri deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar