Daha bir tiktoker həbs olundu
06 aprel 2026 14:14 (UTC +04:00)

Daha bir tiktoker həbs olundu

0

Sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən daha bir nəfər tutulub.

Lent.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində "TikTok" platformasında canlı yayım açaraq ictimai əxlaq normalarına zidd ifadələr işlədən və nalayiq davranışlar sərgiləyən Sənur Əzizov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, sosial şəbəkədə açdığı canlı yayım zamanı izləyicilərə qarşı təhqiredici və etik çərçivədən kənar ifadələr işlədib. Bu səbəbdən onun barəsində müvafiq inzibati tədbir görülüb.

Faktla bağlı toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə S.Əzizov inzibati məsuliyyətə cəlb olunaraq, 15 sutka müddətinə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar