Mina təmizləyən siçana abidə  qoyuldu
06 aprel 2026 10:34 (UTC +04:00)

Mina təmizləyən siçana abidə qoyuldu

0

Kambocanın Siem Reap şəhərində Maqava adlı mina-axtaran siçana abidə qoyulub. Təlim keçmiş bu siçan 100-dən çox yerüstü minanı aşkar edib.

Lent.az BBC-yə istinadla xəbər verir ki, mina-axtaran siçanın abidəsi daşdan hazırlanıb. Abidə aprelin 4-də – Beynəlxalq Mina Təhlükəsi Maarifləndirmə Günündə ucaldılıb.

Maqava dünyada PDSA (Böyük Britaniyada heyvanların müdafiəsi ilə məşğul olan fond) tərəfindən təqdim olunan qızıl medala layiq görülən ilk gəmirici olub. Bu mükafat heyvanlar üçün Britaniyanın Georgi xaçının analoqu sayılır və əvvəlki bütün laureatlar itlər olub.

Kisəli siçan olan Maqava 2016–2022-ci illərdə yaşayıb. Bu müddət ərzində o, Kambocada 141 min kvadratmetrdən çox ərazinin minalardan təmizlənməsinə kömək edib. Onun çəkisi minaları aktivləşdirmədən üzərindən keçməyə imkan verib.

BMT məlumatına görə, Kambocada 1 milyondan çox insan partlamamış minalar və artilleriya sursatları olan ərazilərdə yaşayır. Ölkə hakimiyyəti bu əraziləri 2030-cu ilə qədər tam təmizləməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar