İlk dəfə görüldü:  Müctəba Xamenei əməliyyat  otağında - VİDEO
06 aprel 2026 11:12 (UTC +04:00)

İlk dəfə görüldü: Müctəba Xamenei əməliyyat otağında - VİDEO

0

İranın yeni dini lideri Müctəba Xameneinin ilk dəfə hərbi əməliyyatlar mərkəzini ziyarət etdiyini göstərən video yayılıb. 

İsraildəki Dimona nüvə obyektinin görüntüləri və koordinatlarını özündə əks etdirən video böyük diqqət çəkib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ekspertlər bunu İsrailə açıq bir mesaj, bölgədəki gərginliyi daha da artıran kimi şərh edirlər. Bir müddət ictimaiyyətin diqqətindən kənarda qaldıqdan sonra yayımlanan və geniş beynəlxalq diqqəti cəlb edən detalları özündə əks etdirən video böyük diqqət çəkib.

İran mediasında yayılan görüntülərdə Müctəba Xameneinin hərbi rəsmilərin müşayiəti ilə əməliyyat otağına girdiyi görünür. Videoda ən diqqət çəkən element otaqdakı böyük ekranda İsraildəki Dimona nüvə reaktoruna aid olduğu iddia edilən görüntülər və koordinatların nümayiş olunmasıdır. Bu detal İranın İsrailin nüvə infrastrukturunu birbaşa hədəf ala biləcəyinə dair bir mesaj kimi şərh edilib.

Ekspertlər hesab edirlər ki, video sadəcə "görüntülərin paylaşılması" deyil, həm də psixoloji və strateji mesaj daşıyır. İsrailin İranın nüvə obyektlərinə keçmiş hücumları nəzərə alınmaqla, Tehranın Dimonanı hədəf alması "qisas siqnalı" kimi şərh olunub.

Müctəba Xamenei 2026-cı ilin mart ayında İranın yeni dini lideri vəzifəsini öz üzərinə götürüb. Lakin müharibə zamanı onun nadir hallarda ictimaiyyət qarşısına çıxması və səhhəti ilə bağlı şayiələr diqqəti cəlb edib. İran hökumətinin bu videonu yayımlamasının məqsədinin liderin hələ də fəal şəkildə iştirak etdiyi mesajını çatdırmaq olduğu ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 554

Oxşar yazılar