Pələng yaşlı kişini parçaladı
06 aprel 2026 10:20 (UTC +04:00)

Pələng yaşlı kişini parçaladı

0

Hindistanda pələng Uttaraxand ştatından olan 60 yaşlı kişini parçalayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Tadam kənd sakini, 60 yaşlı Xim Sinqh odun toplamaq üçün cəngəlliyə gedib. O, adətən saat 10 radələrində geri qayıtmalı olduğu halda, kişidən xəbər olmayıb.

Bir saat sonra həyat yoldaşı narahat olaraq qonşulara müraciət edib. Kənd sakinləri onu axtarmağa başlayıblar.

Onlar Sinqhin evinin yaxınlığında qan izləri aşkar ediblər. Sakinlər meşənin dərinliyinə doğru irəliləyərək qısa müddət sonra yaşlı kişinin yarı yeyilmiş qalıqlarını tapıblar. Hadisə yerinə səlahiyyətli qurumların nümayəndələri və meşə təsərrüfatı departamentinin əməkdaşları gəlib. Onlar sakitləşdirici dərmanlı oxlar, qəfəslər və pilotsuz uçuş aparatları ilə təchiz olunublar.

Pələngi hələlik tutmaq mümkün olmayıb. Yerli hakimiyyət orqanları ərazidə patrul nəzarətini gücləndiriblər. Kənd sakinlərinə zəruri olmadıqda evdən çıxmamaq və meşəyə tək getməmək tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar