Əksər yollarda tıxac var - SİYAHI
06 aprel 2026 09:28 (UTC +04:00)

Əksər yollarda tıxac var - SİYAHI

0

Hazırda yağıntılı hava şəraitinin davam etməsi paytaxt yollarında bəzi istiqamətlərdə nəqliyyatın hərəkətini çətinləşdirib, sıxlıq yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a bildirilib ki, yol polisi əməkdaşları müxtəlif istiqamətlər üzrə sıxlıq yaranan yollarda hərəkət intensivliyinin artırılması, sıxlığın azaldıması, həmçinin yollarda təhlükəsizlik tədbirləri məqsədilə zəruri tədbirlər görürlər. 

Hazırda yollardakı vəziyyət:

 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
 4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;
 5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
 6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
 9. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
 10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
 11. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
 13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 14. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 15. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
 16. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
 17. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 18. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Sürücülərə sürət həddinə əməl edilməsi, düzgün ara məsafəsi saxlaması və piyadalara qarşı diqqətli olmaları tövsiyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar