Ağsuda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə səhər saatlarında şəhər ərazisində yerləşən orta məktəblərin birinin həyətində qeydə alınıb.
Rayon sakini 34 yaşlı Dostəli Bağırov mübahisə zamanı 11-ci sinif şagirdi R.S-ya kəsici alətlə, onun köməyinə gələn qardaşı -16 yaşlı A.S-nı isə yumruqla vuraraq xəsarət yetirib. Zərərçəkən qardaşlara tibbi yardım göstərilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.
Məlumata görə, D.Bağırov Vətən müharibəsi qazisidir.