Romalılar niyə ölülərin  üzərinə mismar  qoyurdular? - Maraqlı izah
06 aprel 2026 12:30 (UTC +04:00)

Romalılar niyə ölülərin üzərinə mismar qoyurdular? - Maraqlı izah

0

Romada arxeoloqlar elə bir dəfn yeri aşkar ediblər ki, orada ölülərin sinəsi üzərinə dəmir mismarlar qoyulmuşdu. Məlum olub ki, bu, ruhu “saxlamaq” və onun dirilər dünyasına qayıtmasının qarşısını almaq üçün edilən bir mərasim idi.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, arxeoloqlar qədim Via Ostiensis yolu yaxınlığında yerləşən Ostiense nekropolunda qazıntılar apararkən qeyri-adi dəfn adətinə rast gəliblər - ölülərin bədənlərinin üzərinə dəmir mismarlar qoyulurdu.

Araşdırmalar göstərib ki, bu təsadüfi hal deyil. Bir neçə məzarda mismarların məhz mərhumların sinəsi üzərinə yerləşdirilməsi, bunun təxminən 2000 il əvvəl tətbiq olunan məqsədli bir ritual olduğunu göstərir. Nekropol Roma ilə Ostia limanını birləşdirən yol boyunca yerləşir. Zamanla burada müxtəlif dəfn növlərini əhatə edən böyük bir qəbiristanlıq formalaşıb - dəbdəbəli türbələrdən tutmuş daha sadə qəbirlərə qədər.

Alimlərin fikrincə, dəmir mismarlar simvolik məna daşıyırdı. Onlar bir növ “qoruyucu vasitə” rolunu oynayırdı - romalılar inanırdılar ki, bu üsulla ölünün ruhunu saxlamaq və onun yenidən dirilər dünyasına qayıtmasının qarşısını almaq mümkündür.

Bu inanclar etrusk ənənələrinin və o dövrdə ölüm ilə bağlı yayılmış xurafatların təsiri altında formalaşmışdı.

Arxeoloqlar qeyd edirlər ki, bu cür tapıntılar Qədim Roma sakinlərinin ölümü necə dərk etdiyini və naməlum qarşısındakı qorxunu necə aradan qaldırmağa çalışdıqlarını daha yaxşı anlamağa kömək edir. Tədqiqatlar davam edir və alimlər bu ritualın mənası barədə daha çox məlumat əldə etməyə ümidlidirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar