Ağdaşda məktəbli dəm qazından zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə Ağdaş şəhərində qeydə alınıb.
Şəhər sakini olan 15 yaşlı T.Qarazadə yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılan qıza tibbi yardım göstərilib.
Araşdırma aparılır.