Daha bir azərbaycanlı  Rusiya-Ukrayna müharibəsində həlak oldu
07 aprel 2026 13:22 (UTC +04:00)

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu

0

Daha bir Azərbaycan vətəndaşı Rusuya ilə Ukrayna arasında gedən müharibədə həlak olub.

Lent.az APA-ya istinadla bildirir ki, Ucar rayonu Qarabörk kənd sakini, 27 yaşlı Soltan Kamran oğlu Qədirov 1 il öncə müharibə bölgəsində itkin düşüb. Mərhumun nəşi tapılaraq Vətənə gətirilib və ailəsinə təhvil verilib. Soltan Qədirovun nəşi Qarabörk kənd qəbiristanlığında torpağa tapşırılıb.

S.Qədirovun Rusiya tərəfindən döyüşlərdə iştirak etdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar