200 minlik dələduzluq edən müəllimə HÖKM OXUNDU
09 aprel 2026 12:26 (UTC +04:00)

200 minlik dələduzluq edən müəllimə HÖKM OXUNDU

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Bakıda orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verərək dələduz etməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, hökmə əsasən təqsirləndirilən Zaur Mustafayev 7 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı Z.Mustafayevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəmişdi.

Xatırladaq ki, cinayət işində ümumi ziyanın miqdarı 200 mindən çoxdur. Təqsirləndirilən şəxslər zərərçəkənlərə vəd verib ki, onları orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcək.

Təqsirləndirilən şəxs Zaur Mustafayev isə Bakı şəhərində 116 saylı orta məktəbdə müəllim işləyib.
Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar